"Bizim hər bir evə ayrıca girmək səlahiyyətimiz yoxdur" - MTRŞ rəhbərindən xəbərdarlıq

img

05-04-2017 [15:41]


"Azərbaycanda bir sıra kabel şəbəkəsi yayımçıları qanunsuz fəaliyyət göstərir".
 
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyb.

 O bildirib ki, belə hallar kütləvi saydadır: "Dəfələrlə bu məsələni qaldırmışıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə müraciət etmişik, amma nəticə yoxdur. Bizim hər bir evə ayrıca girmək səlahiyyətimiz yoxdur. Amma qurumlar bu işin öhdəsindən gələ bilərlər".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR