Müsavat Partiyası AXCP ilə birgə mitinlə bağlı məsləhətləzmələri məqsədəuyğun sayır

img

28-06-2010 [05:08]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda əsasən 3 iyul mitinqinə hazırlıqla bağlı müzakirələr aparılıb. İndiyədək görülmüş işlər dəyərləndirilib və qalan müddət ərzində görüləcək işlər müəyyənləşdirilib. Bu kontekstdə AXCP-nin əvvəlcədən iyulun 10-na elan etdiyi mitinqi ayın 3-nə keçirməsi dəyərləndirilib və bununla əlaqədar AXCP ilə məsləhətləşmələrin aparılması məqsədəuyğun sayılıb. Mitinqə hazırlıq çərçivəsində partiya başqanı İsa Qəmbərin iyulun 1-də, saat 17:00-da müsavatçı fəallarla planlaşdırılan görüşü ilə bağlı konkret tapşırıqlar verilib. Daha sonra parlament seçkilərinə hazırlıq çərçivəsində dairələr üzrə Müsavat Partiyasının namizədlərinin müəyyənləşdirilməsi işi davam etdirilib və bu işin sona yaxınlaşdığı qeyd edilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin prezidentlərinin Qarabağ problemi ilə bağlı birgə bəyanatı da müzakirə edilib. Müsavat Partiyası bəyan edib ki, Qarabağ probleminin həlli ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində mümkündür. Tənzimləmə prosesinin sürətləndirilməsi isə Azərbaycanda və Ermənistanda köklü demokratik dəyişikliklərin həyata keçirilməsindən asılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA