AXCP ilə Musavat birgə mitinq keçirilməsi qərarını verib

img

27-06-2010 [10:58]


Bu gün AXCP Rəyasət Heyətinin növbədənkənar toplantısı olub. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda iyulun 3-də mitinq keçirilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd edək ki, AXCP iyulun 10-da aksiya keçirmək barədə qərar vermişdi. Rəyasət Heyətində mitinqin 3-ə təyin olunması yeni gəlişmələrlə əlaqələndlirilib. Beləliklə AXCP ilə Müsavat partiyasının mitinqləri eyni zamanda keçiriləcək. Bu barədə artıq iki partiya rəhbərliyi arsında ilkin razılaşma əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA