BAXCP Azərbaycan hökumətini təcavüzə dəstək verən həmsədr ölkələrin bəyanatına kəskin etiraz etməyə çağırır

img

27-06-2010 [12:54]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ?böyük səkkizliyin? zirvə toplantısı çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı birgə bəyanatına münasibət bildirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda deyilir ki, BAXCP prezidentlərin bəyanatını kəskin şəkildə pisləyir və Azərbaycan hakimiyyətini bu bəyanatda yer alan bütün beynəlxalq hüquqa zidd, eləcə də Azərbaycanın ərazı bütövlüyünü şübhə altına alan bütün prinsipləri rədd etməyə çağırır. BAXCP hesab edir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlət başçılarının Torontota açıqladıqları bəyanatda Dağlıq Qarabağ münaqişısilə ilə bağlı sadalanan prinsiplər nəinki Dağlıq Qarabağın, o cümlədən Dağlıq Qarabağa bitişik, Ermənistanla separatçı bölgəni birləşdirən ərazilərin də Azərbaycandan qoparılmasına xidmət edir: ?Bu bəyanat bir daha sübuta yetirir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrlə bağlı BAXCP-nin bu günədək sərgilədiyi mövqe Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin obyektiv dəyərləndirilməsi nəticəsində ortaya çıxıb və reallığı olduğu kimi əks etdirir. ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən istiqamətlərin məhz ölkəmizdə keçiriləcək parlament seçkiləri öncəsi açıqlanması Azərbaycana təzyiq xarakteri daşıyır və müstəqil dövlətin suveren hüquqlarına qarşı imperativ basqıdır. Bəyanatda Azərbaycan Respublikası ərazilərinin bir hissəsində ölkənin Konstitusiyasına və dövlət quruluşuna zidd olan bir aksiyanın - referendumun keçirilməsinə çağırışın yer alması ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsini işğalçı Ermənistanın xeyrinə həll etməkdə maraqlı olduqlarını nümayiş etdirir?. Bəyanatda qeyd olunur ki, Azərbaycan dövləti və xalqı bu bəyanatdan sonra gözlənilən bütün təzyiqlərə hazır olmalı və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün ən kəskin qərarların verilməsini göz önünə almalıdır. BAXCP hesab edir ki, bu bəyanatdan sonra ATƏT-in Minsk qrupuna həmsərlik edən dövlətlərin vasitəçilik missiyası başa çatmış hesab olunmalıdır: ?BAXCP Azərbaycan hökumətini təcavüzə dəstək verən həmsədr ölkələrin bəyanatına kəskin etiraz etməyə və ölkənin ərazı bütövlüyünü, suverenliyini şübhə altına ala biləcək bütün prinsipləri qətiyyətlə rədd etməyə çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA