"Formula1"in 19 yarışı "İdman Azərbaycan" kanalında yayımlanacaq - Açıqlama

img

30-03-2017 [18:53]


Ölkəmizin "Formula1" azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış İdman Azərbaycan kanalında yayımlanacaq.

Mia.az F-1.az-a istinadən bildirir ki, 20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Kanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də İdman Azərbaycan kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.

Formula1 azarkeşlərini doğma yarışımızı doğma kanalımızda doğma dilimizdə izləməyə dəvət edirik…

Digər xəbərlər
SON XƏBƏRLƏR