Qarabağ ictimai Forumu yaradıldı, Umud Rəhimoğlu forumun ilk sədri seçildi

img

24-06-2010 [05:39]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində QHT-lərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş növbəti toplantı keçirildi. Tədbirdə millət vəkili, tarixçi alim Cəmil Həsənli, millət vəkili ?Lider qadınlar? İctimai Birliyini sədri Məlahət İbrahimli, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ?Azəri-Türk? Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, ?İnam? Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Milli İnternet Forumunun rəhbəri Osman Gündüz, Vətəndaş cəmiyyəti uğrunda? Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, ?Qarabağ qaziləri? birliyinin sədri Etimad Əsədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iştirak etdilər. Toplantıda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu və imkanları bir daha müzakirə edilərək, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması təklifi irəli sürüldü. Müzakirələrdən sonra Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatı və ictimaiyyətin tanınmış nümayəndələri səyləri birləşdirərək, Qarabağ müharibəsi ilə bağlı təbliğat işlərinin yeni müstəvidə aparılması, problemin daha da aktuallaşdırılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarının təkmilləşdirilməsi məqsədilə Qarabağ İctimai Forumunun yaradılması (QİF) barədə qərar qəbul etdi. Əlavələr və düzəlişlər nəzərə alınmaqla Forumun gələcək fəaliyyətinin prioritetlərini nizamlayan Əsasnamə qəbul olundu. Əsasnaməyə görə, Forumun rəhbəri növbəlilik əsasında ildə bir dəfə seçilir və forumun işləri onun rəhbəri tərəfindən əlaqələndirilir. QİF dövlət orqanları və Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək. QİF-in fəaliyyətinin əsas məqsədi Qarabağ münaqişəsi ilə bağlı təbliğat işlərini ölkədə və ölkədən kənarda gücləndirməkdən, sistemləşdirməkdən, aktuallaşdırmaqdan və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarını təkmilləşdirməkdən ibarətdir. Sonda Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlun QİF-in ilk sədri seçildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR