?Gənclər, Ali Baz Komandanın əmrinə hər an hazırdır? adlı hərbi vətənpərvər yay düzərgəsi

img

24-06-2010 [11:40]


26 iyun ?Silahlı Qüvvələr Günü? münasibəti ilə ?Gənclərin Töhfəsi? İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ?Gənclər, Ali Baş Komandanın əmrinə hər an hazırdır? adlı hərbi vətənpərvər yay düşərgəsi təşkil edir. Düşərgə birliyin üzvlərindən əlavə, ali təhsil ocaqlarının tələbələrinin iştirakı ilə 25-28 iyun tarixində Şəki şəhərində keçiriləcək. Layihədə gənclərə töhfə olaraq 3 gün ərzində hərbçilər tərəfindən hərbi təlimlər, praktik məşğələlər və hərbi yarışlar, beynəlxalq təlimçilər tərəfindən bəşəriyyətdə mühüm problem olan narkomaniya və AİDS-lə bağlı təlimlər keçiriləcək. Keçirilən turnirlərdə qaliblər tutduqları yerə görə qiymətli hədiyyələr və diplomlarla təltif olunacaqlar. Layihənin keçirilməsində əsas məqsəd, Azərbaycan gənclərində vətənpərvərlik ruhunun geniş təbliği, idman və fiziki təlimlər, hərbi və taktiki biliklərin öyrədiliməsidir. Bu layihədə iştirak etmiş hər bir gənc kiçik zaman kəsiyində olsa da unudulmuş hərbi biliklər, nizam-intizam qaydaları, ordu və döyüş haqqında məlumatlar əldə edəcəklər. Layihə çərçivəsində gənclərin milli qəhrəmanlarla, tanınmış ictimai-siyasi xadimlərlə görüşlər təşkil ediləcək. Layihə barəsində 24 iyun saat 16.00-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında mətbuat konfransı keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR