24-03-2017 [23:53]
2016-cı ildə Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını davam etdirib.
Rusiya Prezidenti Vladimir Putin bunu hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında, ötən illə bağlı silah ixracının yekunları barədə danışarkən deyib.
Rusiya prezidentinin bu açıqlaması erməni mediasında ciddi rezonans doğurub və müzakirələrə səbəb olub.
Məlumatda deyilir ki, Moskva və Bakı arasında T-90 tanklarının təchizatı ilə bağlı razılaşma 2011-ci ildə əldə olunub. 2014-cü ildə isə Rusiya 100 T-90S tanklarının ilk 100 partiyasını Azərbaycana göndərilməsini yekunlaşdırıb. Eyni zamanda iddia olunub ki, Bakı eyni həcmli ikinci partiya ilə təmin olunmaq imkanına malikdir.
Ötən ilin nəticələri haqda danışan Rusiya prezidenti deyib ki, Moskva xaricə 15 milyardlıq silah və hərbi texnika satıb. 2017-ci ildə də Rusiya yeni milyardlıq layihələrin reallaşdırılmasını gözləyir.
Ermənistan mediası ötən ilin aprel döyüşlərindən sonra İrəvanda Rusiyanın Azərbaycana silah satması ilə əlaqədar sərgilənən etirazları da xatırladıb.
"Rusiyanın baş naziri Dmitri Medvedyev 9 aprel 2016-cl ildə bəyan etdi ki, Moskva Azərbaycana silah satmaqdan imtina etsə, o halda regionda daha mürəkkəb vəziyyət yaranacaq” - erməni mətbuatı yazır. Həmçinin yazıda Rusiya baş nazirinin müdafiə-sənaye kompleksi üzrə müavini Dmitri Roqozinin açıqlamasını xatırladıb.
Roqozin demişdi ki, Rusiya imzalanmış müqavilələrə əsasən Ermənistan və Azərbaycanı özünün "strateji müttəfiqləri kimi” silahla təchiz etdiyini demişdi.
Rusiyanın Azərbaycana hərbi texnika satmasından dolayı təşvişini gizlədə bilməyən erməni mətbuatı Ermənistanın 2016-cı ildə ilk xarici ölkə kimi "İsgəndər” raket kompleksi aldığını, həmçinin Moskvadan alınan 200 milyonluq kredit məsələsini da xatırladıb. Ancaq bəllidir ki, Ermənistan Rusiyadan silahı Azərbaycan kimi milyardlarından keçməklə deyil, hədiyyə kimi alır.
Qeyd edək ki, Rusiyanın Azərbaycana ən müasir hərbi texnikalardan sayılan T-90S tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirdiyi hələ ötən ilin yayında bəlli olmuşdu.
O zaman Uralvaqonzavod ASC-sinin baş direktoru Oleq Siyenko demişdi ki, Rusiya tərəfi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ancaq üstündən xeyli keçəndən sonra Ermənistanda bu məsələnin tirajlanması, özü də aprel müharibəsinin ildönümü ərəfəsində müzakirəyə çıxarılması təsadüfə oxşamır.
Musavat.com
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar