Müttəfiqləri AXCP sədri Əli Kərimlidən açıqlama gözləyir

img

24-06-2010 [01:46]


?Azadlıq? blokunun son mitinqində quruma daxil olan Azərbaycan Liberal Partiya və Vətəndaş İnkişaf Partiyasının nümayəndələrinin iştirak etməməsinin yaratdığı ajiotaj hələ də davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxan isə AXCP sədrindən məsələyə aydınlıq gətirməsini istəyib. Əvəz Temirxan deyib ki, həm 5 iyun mitinqində həm də 19 iyun tarixində ALP mitinq fəalları İcra Hakimiyyətindən mitinq keçirmək üçün göstərəcəyi yerlərdən birində olmuş, lakin AXCP rəhbərliyində bəzi mitinq təşkilatçılarının ALP və VİP-ə qarşı göstərdiyləri hörmətsizlik və etimadsızlıq bu 2 partiyanın mitinqə qoşulmamaq məcburiyəti qarşısında qoymuşdur: ?AXCP sədrinin bəzi müavinləri bu məsələyə KİV-də qabardıqdan sonra münasibət bildirərkən aydınlıq gətirmək əvəzinə əsl faktları cəmiyyətə çatdırmamaqla əksinə ALP və VİP-in ictimai rəydə imicinə kölgə salmışlar. Düşünürəm ki, bu cür münasibət və açıqlamalar müttəfiqlik və yoldaşlıq məntiqinə sığışmır. Bu məsələyə AXCP sədri Əli Kərimli tərəfdən KİV-də aydınlıq gətirməsi ictimai zərurətə çevrilib. Ümüd edirəm ki, Əli bəy bu məsələyə ən yaxın günlərdə aydınlıq gətirəcək. Bu açıqlamanın verilməsini iddia etməyə bizim mənəvi haqqımız var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA