Rasim Musabəyov: "Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil"

img

24-06-2010 [12:28]


?Son hadisələr göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil?. Bu fikirləri politoloq Rasim Musabəyov danışıqlar prosesinin hazırki mərhələsinə münasibət bildirərkən deyib. R.Musabəyov qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinə Ermənistanın hələ də münasibət bildirməməsi və cəbhədə atəşkəsi pozması işğalçı dövlətin təxribatıdır. Politoloqun sözlərinə görə, Ermənistan danşıqlardan yalnız vaxtı uzatmaq üçün istifadə edir və bu, onun üçün sadəcə, manevr etməyə imkan yaradır. Ona görə də, beynəlxalq birlik məsələyə ciddi yanaşmalı və Minsk qrupunun həmsədrləri sonsuz sülh danışıqlarına imkan verməməlidir. R.Musabəyov hesab edir ki, Ermənistana ciddi beynəlxalq təzyiqlər göstərilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA