?Kütləvi informasiya vasitələrinin dili? mövzusunda elmi konfrans keçiriləcək

img

23-06-2010 [04:21]


Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun və Mətbuat Şurasının birgə təşəbbüsü ilə ?Kütləvi informasiya vasitələrinin dili? mövzusunda respublika elmi konfransı keçiriləcək. Mətbuat Şurasından verilən məlumata görə, tədbir 25 iyun saat 11.00-da Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında baş tutacaq. Konfransda Azərbaycanda qəzet adları, mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişaf xüsusiyyətləri, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. Toplantıda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərin, nüfuzlu media qurumlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR