Milli mətbuatın 135 illiyi münasibətilə tədbirlər planı hazırlanır

img

21-06-2010 [12:47]


Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə ölkə miqyasında tədbirlər keçiriləcək. Azərbaycan Mətbuat Şurasından verilən məlumata görə, ölkə Prezidentinin sərəncamına uyğun olaraq bununla bağlı qurum tərəfindən tədbirlər planı hazırlanır. Məlumatda bildirilir ki, mətbuatın inkişafında fərqlənən şəxslər fəxri adlarla təltif olunacaqlar. Yubiley tədbirləri isə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olduğu Zərdab rayonundan başlanacaq.[libt align=left]2010/qezetler_8.jpg[/libt]

Digər xəbərlər
SON XƏBƏRLƏR