AzTV sədrinin fəaliyyətini araşdırmaq üçün qrup yaradılır - Rejissor detalları açıqadı

img

16-03-2017 [15:02]


 AzTV-dəki  qanunsuzluqları təhqiq etmək üçün ictimai araşdırma qrupu yaradılır.

Moderator.az xəbər verir ki, bu barədə AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı sosial şəbəkələrdə yayılmış statusunda qeyd edib: 

"Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti aparması, kanalı şəxsi təsərrüfatı kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir”.

Rejisor, həmçinin "Telekanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərərə alaraq biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən "ictimai araşdırma qrupu” yaratmağı qərara almışıq”  deyə, qeyd edib.

Bəs qrupda kimlər təmsil olunacaq və təhqiqatlar hansı istiqamətlər üzrə  aparılacaq?

 Bu suala cavab verən N.Cabbarlı belə cavablandırıb: "İctimai araşdırma qrupunda televiziya işçiləri ilə yanaşı, hüquqşünaslar və QHT nümayəndələri də təmsil ediləcək. Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracaq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR