Sərdar Cəlaloğlu ATƏT-in DTiHB-nun Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüzüb

img

23-06-2010 [12:06]


Bu gün ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüş keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyi və ona edilən son mürtəce əlavə və dəyişikliklər müzakirə predmeti olub. Müzakirələrdə qarşıdan gələn parlament seçkilərinin azad, ədalətli və bərabər şəkildə keçirilməsinin Azərbaycanın milli maraqları, demokratiyanın inkişafı və ölkəmizin Avropa məkanına inteqrasiyası baxımından zəruriliyi vurğulanıb. Görüşdə həmçinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA