isa Qəmbər ATƏT-in Demokratiya və insan Haqları Bürosunun seçki departamentinin rəhbəriylə görüzüb

img

23-06-2010 [11:38]


Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun seçki departamentinin rəhbəri Nikolya Kaçorovski ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ATƏT-in 2010-cu il parlament seçkiləri üçün nəzərdə tutulan müşahidə missiyasının perspektivləri, seçki ərəfəsində yaranmış vəziyyət, söz və mətbuat azadlığı, iqtidarın sərbəst toplaşmaq azadlığı məsələsində konstitusiya tələblərinə əməl etməməsi, siyasi məhbuslar məsələsinin həll edilməməsi və digər məsələlər barədə müzakirələr aparılıb. Görüşdə ATƏT-in DİHB-nın baş məsləhətçisi Conatan Stonestri və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA