AMiP-in qurultayının günü məlum oldu

img

22-06-2010 [06:16]


Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda əsasən partiyanın X Qurultayına hazırlıq işləri, Dağlıq Qarabağ problemi, parlamentin ?Seçki Məcəlləsinə? və ?Hüquqi-normativ aktlar haqqında? qanuna etdiyi son düzəlişlər, eləcə də ölkədəki mövcud durum müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələrin nəticəsi olaraq AMİP-in növbəti X Qurultayının 10 iyul 2010-cu il tarixdə çağırılması qərara alınıb. Siyasi Şura ?Seçki Məcəlləsinə? edilən son düzəlişləri qeyri-məqbul sayaraq, bunu hakimiyyətin ölkədə demokratik, şəffaf və azad seçkilərə hələ də hazır olmadığının daha bir sübutu kimi qiymətləndirib. ?Hüquqi-normativ aktlar haqqında? qanuna edilən əlavələri isə Siyasi Şura Konstitusiyaya zidd olduğu və qanunverici hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılması qənaətinə gəlib. Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqları, prezidentlərin Sankt-Peterburqdakı görüşünü diqqətdən keçirən Siyasi Şura hesab edib ki, münaqişənin həlli Azərbaycan xalqının iradəsi ilə hərbi-siyasi yoldur. Eyni zamanda son dövrlər atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi olaraq pozulmasını Siyasi Şura düşmən tərəfinin təxribatı, sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirib. Ölkədəki mövcud acınacaqlı durumdan narahat olan AMİP Siyasi Şurası böhrandan çıxmaq üçün hökümətdən təxirəsalınmaz tədbirlər görməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA