MSK sədri Məzahir Pənahov Nikolas Kaçarovski ilə görüzüb

img

22-06-2010 [03:54]


İyunun 22-də Nikolas Kaçarovskinin rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MSK-nın sədri Mərəkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla, xüsusən də ATƏT-lə əlaqələrə önəm vediyini bildirərək qarşıdan gələn seçkilərdə də sıx əməkdaşlıq edəcəklərini nəzərə çatdırıb. Missiyanın üzvləri seçki komissiyalarının təşkili və iş prinsipləri, MSK-nın seçkiyə hazırlıq çərçivəsində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıblar. Mərkəzi Seçki Komissiyasının sədri seçki orqanlarının fəaliyyəti, qarşıdan gələn seçkilərlə bağlı Komissiyanın gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə ətraflə məlumat verib. O, seçici siyahılarının yanvar ayının əvvəllərindən başlamış dəqiqləşdirilməsinin mayın sonunda başa çatdırıldığını vurğulayaraq bu prosesin davam etdiriləcəyini diqqətə çatdırıb. Sədr qeyd edib ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının fəlaiyyətinin monitorinqini aparmış və seçki prosesinin ayrı-ayrı mərhələləri ilə bağlı normativ aktlar hazırlayıb. İyul ayından etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda digər subyetktlər üçün maairfləndirmə layihələrinin həyata keçirilməsinə başlanacaqdır. Bu tədbirlərin hazırlanıb keçirilməsində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edildiyi də qeyd olunub. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında gələcək əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA