Fuad Qəhrəmanlı müttəfiqlərinin ?Azadlıq? blokunun aksiyasında fəal olmamasında problem görmür

img

22-06-2010 [01:48]


?Hesab edirəm ki, mitinqdə kimin daha aktiv iştirak etməsini, kimin çox Adam çıxarmasını müzakirə etmək indiki mərhələ üçün gərəksizdir. Keçirilən aksiyanı da hakimiyyətə qarşı olan bir tədbir kimi qiymətləndirmək lazımdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ALP və VİP-in ?Azadlıq? blokunun mitinqində iştirak etməməsinə münasibət bildirərkən AXCP sədrinin müavini Fuad Qəhrəmanldı deyib. Onun sözlərinə görə, əgər aksiya baş tutubsa və rezonans doğurubsa, hansısa partiyanın qatılmamasına diqqət yönəltmək yersizdir: ?Bloka daxil olan digər partiyaların aksiyada fəal iştirak edib-etməməsinə gəlincə, hesab edirəm ki, bu, blokun daxili işidir. Biz müttəfiqlərimizlə bu cür məsələlər üzündən narazılıq yaratmaq fikrində deyilik. Düşünürük ki, müxalifət nəinki kiminsə aksiyada iştirak etməməsinə görə intriqa yaratmalıdır, əksinə daha geniş spektrli aksiyaların baş tutmasıqa çalışmaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA