07-03-2017 [20:50]
"Ümumən jurnalist həbsinə təəssüflənirəm. Fərqi yoxdur nəyə görə həbs olunub. Hesab edirəm ki, azadlıqdan məhrum etmək cəzası bu və ya digər şəkildə jurnalist peşəsinə aidiyyatı olan şəxslər üçün ağır cəzadır".
Mia.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, prinsipcə jurnalistlər həm təbiət etibarilə daha çox azaddırlar, həm də cəmiyyətə azad yaşamağı aşılayacaq qədər nümunəvidirlər:
"Ancaq hiss etdiyim ağırlıq hüquqi dövlətin prinsiplərinə xələl gətirmək qədər ağır ola bilməz. Nəhayət, jurnalistlər də vətəndaşdırlar və bütün vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşımalıdırlar. Mehman Hüseynov həmçinin. Mehman Hüseynovun hazırladıqları materiallar tənqidi ruhlu idi. Belə bir adam barədə azadlıqdan məhrumetmə hökmünün çıxarılması istər-istəməz başqa söz-söhbətlərə yol aça bilər və açdı da. Bir sıra beynəlxalq təşkilatlar hadisəni söz və ifadə azadlıqlarının pozulması kontekstində dəyərləndirdilər. Ancaq bu belə deyil. Çünki Mehmandan da kəskin yaradıcılıq üslubu olan jurnalistlər var ki, onlara kimsə nəsə demir.
Digər tərəfdən, həmin jurnalistlərin gerçək jurnalistikaya daha çox aidiyyatı var, nəinki Mehmanın. Bunu hər kəs çox gözəl anlayır. Sadəcə bəzilərinin anlamaq istəmədiyi məqamlar var. Bu da siyasi baxışlarla əlaqədardır. Mehman Hüseynovla bağlı məhkəmə qərarına reaksiyalar da əsasən siyasi ritorika məhsulu kimi görünür. Eynilə ona qarşı çıxanlar, onu jurnalist kimi qəbul etməyənlər də var. Elə təəssürat yaranır ki, jurnalistin durumuna reaksiyalar, elə əks-reaksiyalar da əvvəldən hazırlanıbmış.
Yenə də deyirəm, jurnalist həbsi ümumən yaxşı hal deyil. Sadəcə, məsələdən siyasi divident götürmək cəhdi də yolverilməzdir. Ortada daha çox bu cəhdi görürəm və təəssüflənirəm. Hər bir halda məsələ Mətbuat Şurasının diqqətindədir".
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib