?Qız Qalası? milli mükafatınının təqimat mərasimi keçirildi

img

19-06-2010 [07:02]


Avrasiya Gazeteciler Dərnəyinin Qafqaz Təmsilçiliyi, İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, "İctimai Rəy" Analitik Mərkəzi tərəfindən ?Excelsior? Hotelində ?Qız Qalası? Milli Mükafatının təqdimetmə mərasimi keçirildi. Təqdimetmə mərasimində Birləşmiş Ərəb Əmirliklərindən, İsveç Krallığından və Türkiyədən rəsmi nümayəndə heyətləri, eyni zamanda Azərbaycandan dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Diplomatik Korpus üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Avrasiya Gazeteciler Dərnəyinin Qafqaz Təmsilçisi, İctimai Fikir Fondunun sədri Aqil Ələsgər açaraq mükafat barədə məlumat verdi. A.Ələsgər bildirib ki, 1998-ci ildə Türkiyənin İstanbul şəhərində yaradılan bu mərkəzin artıq Azərbaycan, Belçika və Qazaxıstanda da nümayəndəlikləri var. "Keçən ilin may ayında mənim rəhbərliyim altında cəmiyyətimizin burda da mərkəzi fəaliyyətə başladı. Bu günkü mükafatlar Azərbaycan və Türkiyə dünyası qarşısında xidmətləri olan insanlara veriləcək. Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu birliyinin təşkilatçılığı ilə 10 may ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı sorğu keçirtdik və nəticələr artıq mətbuat açıqlanıb. Bu gün də həmin onun təqdimat mərasimini keçiririk ?, - bildirib. Qeyd edək ki, ilk mükafat Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafına görə- prezident İlham Əliyev, Televiziyada milli adət-ənənələrin təbliğində xidmətlərinə görə- Azərbaycan Teleradio QSC-nin sədri Arif Alışanov, İnsan hüquq və azadlıqlarının qorunmasına görə- millət vəkili Zahid Oruc, Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə- millət vəkili Gülər Əhmədova, dolğun informasiyanın operativ yayımında fəaliyyitinə görə - ?Səs? İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və başqa iş adamları, elm xadimləri ?Qız Qalası? mükafatına layiq görülüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR