KXCP Ali Məclisinin sessiyası keçirildi

img

19-06-2010 [04:24]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sessiyanın gündəliyinə qərarların icrası, təşkilati məsələ,ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr cari məsələlər daxil edilərək müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Qərarda aşağıdakı məsələlər yer alıb. 1. Qərarların icra vəziyyəti haqqında məlumat nəzərə alınsın. 2. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin istefası qəbul edilsin. 3. İctimai-siyasi vəziyyət haqqında KXCP sədrinin məruzəsi nəzərə alınsın. 4. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin yaranması ilə bağlı KXCP ?nin təbrik məktubu qəbul edilsin. 5. 24 iyun Türklük günü münasibətilə Azərbaycan xalqına müraciət qəbul edilsin. 6. Seçki Məcəlləsinin müddəalarının mürtəceləşdirilməsinə pislənilsin. 7. Su daşqınları ilə bağlı baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması haqqında KXCP-nin bəyanatı qəbul edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA