Müsavat Partiyası Göy-göldə tikilən mülklə bağlı hesabat tələb edir

img

18-06-2010 [01:04]


?Demokrat? qəzetinin dünənki sayında dövlət başçısı İlham Əliyevin Göy-göl qoruğunda böyük villasının tikintisi haqqında geniş məqalə dərc edilib. Məqalə ictimai rezonansa səbəb olub, bir sıra mətbuat orqanlarında, həmçinin ?Azadlıq? radiosunda müzakirə obyektinə çevrilib. Bu fikirlər Müsavat Partiyasının bu gün yaydığı bəyanatda əks olunub. Bəyanatda o da qeyd olunur ki, bu, Dubay mülkləri haqqında ?Vaşinqton Post? qəzetində dərc olunmuş məşhur məqalədən sonra dövlət başçısının adı hallanan ikinci mülk qalmaqalıdır: ?Həmin vaxt bir sıra siyasi partiyaların ciddi təkidlərinə baxmayaraq Dubay mülkləri haqqında ictimaiyyətə qaneedici izahat verilmədi. İndiki halda da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göy-göldə tikilən mülklə bağlı izahatı qaneedici deyil. Ona görə də Müsavat Partiyası hakimiyyətdən, ilk növbədə dövlət başçısından məsələyə hərtərəfli aydınlıq gətirməsini tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA