Fevral ayında adı mediada hallanan qurumlar - Media monitorinq qrupu açıqladı

img

01-03-2017 [15:36]


MC&S-in media monitorinq qrupu  01-28 fevral 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Qrupdan Mia.az-a verilən məlumata görə,  media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Məlumatların sayına görə, mobil rabitə şirkətləri arasında Azercell (801 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1989 məlumat), sığorta şirkətləri arasında Atəşgah  (77 məlumat),  ali məktəblər arasında BDU (1003 məlumat),  otel və biznes mərkəzləri  arasında  Hilton (98 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://web.facebook.com/MediaConsultingServices/?fref=ts


Digər xəbərlər
SON XƏBƏRLƏR