?Normativ hüquqi aktlar haqqında? Konstitusiya Qanunu üçüncü oxunuzda qəbul olunub

img

18-06-2010 [12:46]


Milli Məclisin iyunun 18-də keçirilmiş iclasında ?Normativ hüquqi aktlar haqqında? Konstitusiya Qanunu üçüncü oxunuşda qəbul olunub. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, qanun layihəsi Milli Məclisdə iki oxunuşda müzakirə olunub. İşçi qrupu həmin müzakirələr zamanı səslənmiş rəy və təklifləri, eləcə də inkişaf etmiş ölkələrin qanunvericilik bazasını və beynəlxalq təcrübəni diqqətlə öyrənmişdir. Komitə sədri deyib ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcəkdir. Bu layihəyə Azərbaycan parlamenti ilə Tvinniq Proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy veriblər. Sənədin mühüm, fundamental məqamlarını qeyd edən Ə.Hüseynov bildirib ki, Venesiya Komissiyasının rəyində layihənin müfəssəl hazırlandığı göstərilib. Layihənin qəbulu qanunvericilik sahəsinə böyük fayda verəcəkdir. Xüsusilə də qanun layihəsinin dövlət orqanlarının və ya vəzifəli şəxslərin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sui-istifadə amilləri ilə bağlı maddələrində dövlət orqanları və səlahiyyətli şəxslər qarşısında ciddi tələblər qoyulub. Qanunun qəbulundan sonra hazırlanacaq qanun layihələrinin qəbulu və icrası məhz bu Konstitusiya Qanununun tələblərinə uyğun həyata keçiriləcəkdir. Qanun layihəsində qanunyaratma işinin bütün vacib cəhətləri əhatə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA