28-02-2017 [16:43]
"Erməni dəyirmanına su tökmək, düşmən təxribatına uymaq, ona məqsədinə çatmaqda yardımçı olmaq. Bəzi kütləvi informasiya vasitələrinin, eləcə də müəyyən sosial şəbəkə istifadəçilərinin davranışlarına başqa cür qiymət vermək olmur. Ermənilərin video-görüntülərindəki Azərbaycan əsgərinin cansız cəsədi bizim üçün informasiya yükü daşımamalıdır! Media cəmiyyəti çaşdırmamalı, xof, ruh düşkünlüyü yaratmamalıdır. Hələ sentimentallıq çağırışları da ediblər. "Əl-ələ tutaraq şəhid oldular” kimi sərlövhələr seçiblər. Özü də bunu edənlər içərisində ictimai rəyə müəyyən təsiri olan xəbər saytları da var".
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı video-görüntünün ölkəmizin bəzi informasiya saytlarında verilməsinə etiraz əlaməti olaraq yaydığı müraciətini şərh edərkən deyib.
Ə. Amaşov bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə ermənilərin növbəti dəfə cəbhə xəttində təxribat törətmələri KİV-in fəaliyyətinə təsirsiz ötüşməyib:
"Müşahidələrimiz onu deməyə əsas verir ki, sanki gərginlik dövrü üçün yaradılmış, bir növ mövsümi xarakter daşıyan informasiya resursları meydana çıxdı. Oxşar meyllər əvvəllər də nəzərə çarpıb. Ancaq müqayisə üçün deyə bilərəm ki, 2015-ci ilin avqustundan fərqli olaraq 2016-cı ilin aprelində media daha həssas davranmışdı. Demək olar, bütün məlumatlar Müdafiə Nazirliyinə istinadən verilmişdi. Bir neçə gün əvvəl cəbhədə gərginlik yarananda tam mənada neqativ mənzərəyə şahidlik etdiyimizi söyləyə bilmərik. Ümumən ictimai rəyə əsaslı təsir göstərən KİV həssaslığını qorudu. Ancaq bəzi internet media resurslarının sanki nə etmək istədikləri anlaşılmadı.
Müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verənlər, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edənlər tapıldı. Onlar Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntünü öz resurslarında yaymaqla ilk növbədə peşəkarlıqdan uzaq davranış ortaya qoydular”.
Deputat Mətbuat Şurasının müraciətində məlum video-görüntünü yaymamağa çağırışın ifadə olunduğunu vurğulayıb.
"Biz bununla bağlı fikrimizi ifadə etdik. Ümumən də cəbhədəki vəziyyətlə, Milli Ordumuzla bağlı məsələyə həssas yanaşmaq lazımdır. Yeri gəlmişkən, az əvvəl bir video görüntü izlədim. Həmin görüntüdə həlak olmuş əsgərlərdən birinin tabutu evinə gətirilir. Bildiyimiz ürək ağrıdan səhnələr yaşanır. Mənə əlbəttə o ürək ağrısını həmin an kimin görüntülədiyi maraqlıdır. Bu qədərmi asandır belə çəkilişləri etmək?! Söz yox ki, övlad itkisi son dərəcə böyük faciədir. Ancaq daha böyük faciə övlad itkisinə reaksiyanın bir və ya bir neçə media orqanı tərəfindən yayımlanmasıdır. Bununla cəmiyyətə hansı mesajı verirlər?”, - deyən Ə. Amaşov bildirib ki, media müharibə dönəmlərində, çətin vəziyyətlərdə cəmiyyətdə ruh yüksəkliyi yaradan vasitə kimi çıxış etməlidir.
MŞ sədri rəhbərlik etdiyi qurumun bir daha jurnalistləri həssas davranmağa çağırdığını vurğulayıb:
"Əlimizdə belə yarıtmaz fəaliyyətlə məşğul olan KİV-in konkret materialları da var. Onlarla bağlı müvafiq qurumlara müraciətlər edilib. Məsələ tam ciddiyəti ilə araşdırılacaq. Heç bir dəlilə-sübuta əsaslanmadan cəbhə xəttinə yaxın kəndlərin guya boşaldıldığınlı iddia edən media orqanı da, düşməndən hansısa kəndi azad etdiyimizə dair yalan məlumat yayan kütləvi informasiya vasitəsi təmsilçisi də qanuni məsuliyyətə dəvət ediləcək. Buna kimsənin şübhəsi olmasın”.
APA
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin təxribatçı sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb