Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

img

17-06-2010 [06:06]


Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda ?Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında? qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Komitənin sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqında məlumat verərək bildirib ki, sənədə birinci oxunuşdan sonra hər hansı dəyişikliklər edilməyib. Qanun layihəsi ikinci oxunuşa tam hazırdır. Daha sonra ?Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında? Müqavilənin təsdiq edilməsi məsələsinə baxılıb. Müzakirələrdən sonra hər iki sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA