Məlahət ibrahimqızı: "Bəzi partiyalar seçkilərə mövsümi tədbir kimi yanazırlar"

img

17-06-2010 [12:50]


?Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşır. Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP həmişə xalqımızın etimadını, dəstəyini qazanıb?. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızının sözlərinə görə, bəzi partiyalar isə seçkilərə mövsümi tədbir kimi yanaşırlar. Amma bu yanaşma düzgün deyil, partiyalar bütün fəaliyyəti ərzində seçicilərlə sıx işləməlidir. ?Seçkiyə hazırlıq o deməkdir ki, seçkidə qalib olmağa iddialı olan partiyanın cəmiyyətə deməyə sözü olsun. Əgər hansısa partiyanın cəmiyyət qarşısında xidmətləri böyükdürsə, onda qələbəyə inana bilər. YAP da belə partiyalardandır? deyə o, qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA