DUi kütləvi aksiyaların davam etdirilməsinə qərar verib

img

14-06-2010 [02:32]


Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ SŞ-da 12 iyun aksiyasının nəticələri müzakirə edilərək qərara alınıb ki, kütləvi aksiyalar davam etdirilməsi məqsədəuyğun hesab edilsin. DUİ SŞ 24 iyun 2010-cu il tarixində saat 10.00-da Türklük günü münasibətilə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etmək, saat 12.00-da KXCP-nin qərargahında anım tədbirin keçirilməsinə qərar verib. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA