YAP Milli Qurtuluz Gününə həsr olunmuz konfrans keçirib

img

12-06-2010 [09:24]


Dünən Yeni Azərbaycan Partiyası ?Hyatt Regency? otelində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirib. Konfransda YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları iştirak ediblər. Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov açaraq, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi barədə fikrlərini bildirib. Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayan Əli Əhmədov qeyd edib ki, həmin gündən - Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından 17 il ötür. Onun sözlərinə görə, bu hadisə Heydər Əliyev şəxsiyyətinin əzəmətinin və qüdrətinin təntənəsidir, eyni zamanda Azərbaycan xalqının müdrikliyinin, siyasi kamilliyinin bilavasitə ifadəsidir. ?1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsinin başlanmasını birmənalı şəkildə qeyd edə bilərik. Qurtuluş məfkurəsi və qurtuluş fəlsəfəsi də əslində mahiyyət etibarı ilə Azərbaycanın milli dövlətçilik praktikasının yeni mərhələdə ideoloji əsası kimi özünü biruzə verir? deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, milli qurtuluş Azərbaycanı yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Onun sözlərinə görə, dövlətçilik ənənələrinin formalaşdırılması və milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsi ilkin olaraq qurlutuş məfkurəsinə istinad edirdi. Qurtuluş məfkurəsinin Azərbaycanın dövlətçilik həyatında, milli məfkurəsində oynadığı rol Azərbaycanın dövlətçilik təcrübəsinin bərpa edilməsi, dövlət quruculuğu istiqamətində səmərəli addımların atılması ilə əlaqədar idi. YAP Sədrinin müavini bildirib ki, məhz qurtuluşdan başlanan Azərbaycanın inkişafı yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfransda həmçinin, Milli Məclisin komitə sədrləri-YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə və YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai ? siyasi, sosial ? iqtisadi, elmi ? mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA