Deputat Səməd Seyidovun ABŞ-dan qonağı gələcək

img

12-06-2010 [09:20]


İyunun 14-də ABŞ-ın ?Stratfor? Qlobal Analitik Şirkətinin prezidenti, professor Corc Fridman Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olacaq. İlk olaraq Corc Fridman ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADU Mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, görüşdə ölkələrimiz arasında olan əlaqələr barəsində geniş fikir mübadiləsi aparılacaq. Daha sonra Corc Fridman ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) professor-müəllim heyəti və tələbələr ilə görüşəcək. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxış edəcəyi nəzərdə tutulur. Görüşdə Corc Fridman tələbələr tərəfindən veriləcək sualları cavablandıracaq. Amerikalı analitik ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin fəxri doktoru titulu ilə təltif ediləcək. Tədbir ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) saat 10:30-da baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA