Ekspert-kriminalist ilqar Altay ?Mavi Mərmərə? gəmisi ətrafında baz vermiz insidentlə bağlı müstəqil arazdırma aparmağa bazlayıb

img

11-06-2010 [08:00]


İctimai Tədqiqatlar Mərkəzinin direktoru, hüquqşünas, ekspert-kriminalist İlqar Altay KİV-in dəstəyi ilə Aralıq Dənizinin neytral sularında ?Mavi Mərmərə? gəmisi ətrafında baş vermiş insidentlə bağlı müstəqil araşdırma aparmağa başlayıb. İctimai Tədqiqatalr Mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədqiqatçı Türkiyə və İsrailə səfərlər edib hadisənin tərəfsiz araşdırılması istiqamətində əsl həqiqətlərin əldə edilməsi üçün həmin ölkələrdəki aidiyyətli mütəxəssislər, ictimai xadimlər, şahidlərlə görüşüb geniş faktlar və məlumatlarla yerində tanış olmaq fikirindədir. Bu məqsədlə İlqar Altay müvafiq olaraq Türkiyə və İsrailin Azərbaycandakı səfirlərinə müraciət edib, onların qəbulunda olmaqla niyyətini izah etmək niyyətindədir. İsrail tərəfinin müstəqil araşdırma barədə beynəlxalq tələbləri qəbul etmədiyi barəsində İ. Altay bunu bildirib: ?İsrail tərəfi Türkiyə hökuməti, BMT və bir sıra önəmli beynəlxalq təşkilatların hadisənin tərəfsiz rəsmi istintaqının aparılması tələbini hələlik qəbul etmir. Bizim isə məqsədimiz yalnız qeyri-rəsmi, tərəfsiz, ixtisaslı ictimai-jurnalist araşdırması aparıb içtimaiyyəti məsələnin bəzi maraqlı tərəfləri ilə tanış etməkdir. Müasir bəşəri qaydalara görə heç bir demokratik ölkə belə bir ictimai araşdırmaya qadağa qoymamalıdır. Düşünürük ki, İsrail hökuməti də hər hansı bir tərəfin mənafeyinə toxunmayan, hərbi və istintaq sirlərinə müdaxilə etməyən və yalnız həqiqətin ictimaiyyətə çatdırılması məqsədi daşıyan tədbiri müsbət qarşılayar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA