YAP Nərimanov rayon təzkilatında 15 iyun Milli Qurtuluz Günü qeyd olunub

img

11-06-2010 [01:49]


Bu gün Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilib. Toplantıda rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Tədbirdə çıxış edən digər YAP fəalları da Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulduğunu vurğulayıblar. Toplantının sonunda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA