Ramil Usubov polkovniklə bağlı əmr verdi - Təyinat

img

13-02-2017 [11:37]


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

 Əmrə əsasən, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur(APA).

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o, DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR