Müsavat və DUi hakimiyyətin Seçki Məcəlləsinə dəyizikliklərini qətiyyətlə pisləyir

img

09-06-2010 [03:09]


Bu gün parlamentin müvafiq komissiyası Yeni Azərbaycan Partiyasının təklifi əsasında Seçki Məcəlləsinə bir sıra mürtəce dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə, bu qərara əsasən seçki kampaniyasının müddəti 75 gündən 60 günə, o cümlədən, seçki təbliğatı üçün ayrılmış müddət 28 gündən 23 günə endirilir, namizədlərə dövlət tərəfindən pul verilməsi ləğv edilir. Təklifin parlamentin növbəti sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub və Milli Məclisin mahiyyətinə nəzər saldıqda qəbul ediləcəyi şübhəsizdir. Neçə vaxtdır ki, ölkə ictimaiyyəti və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin müsbət istiqamətdə dəyişdirilməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün müxtəlif təkliflər irəli sürür, hakimiyyətə tövsiyyələr verirlər. Lakin komissiyanın YAP-ın təşəbbüsü ilə qəbul etdiyi bu qərar göstərir ki, hakimiyyət nəinki mütərəqqi təklif və tövsiyyələrə əməl etmək fikrində deyil, əksinə, daha mürtəce seçki mühiti formalaşdırmaq niyyətindədir. Müsavat Partiyası və DUİ bu dəyişiklikləri hakimiyyətin azad və ədalətli seçkilərdən və müxalifətdən qorxduğunun sübutu və ölkədə demokratik inkişafın perspektivlərinə növbəti ağır zərbə kimi qiymətləndirir, onların qəbul edilməsinin yolverilməzliyini bildirir. Biz, habelə ölkə ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək məsələyə münasibət bildirməyə, seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin etimad göstərdiyi qanunverici baza və seçki mühiti yaradılması üçün səyləri artırmağa çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA