AVCiYA seçkilərlə bağlı regionlarda tədbirlərə bazladı

img

09-06-2010 [01:27]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək 07 noyabr 2010 ? cu il Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətinin daha da gücləndirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ilk tədbir AVCİYA ? nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə reqionlarda görəcəyi işlər müzakirə edilmişdir. Seçki qərargahının rəhbəri M. Zülfüqarlı bildirib ki, AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırır. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası, növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Növbəti tədbrlərin Şirvan, Ağsu, Lənkəran, Zaqatala, Oğuz, Gəncə, Goranboy reqional ofislərində keçirilməsi nəzərdə tutulur. Digər mərhələlərdə tədbirlər daha geniş miqyasda keçiriləcək və daha çox rayonu əhatə edəcək. Növbəti mərhələdə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması da planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA