"ümid" Seçki məcəlləsinə edilən əlavə və dəyizikliklərlə bağlı təklifləri pislədi

img

09-06-2010 [01:05]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ilk öncə partiya rəhbərliyinin Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərə münasibəti bildirilib. Qeyd edək ki, bir qrup YAP üzvləri tərəfindən seçki müddətinin 75 gündən 60 günə endirilməsi və bütün seçki müddətinin maaliyələşməsindən dövlətin imtinası təklif olunur. Müvafiq olaraq bu zaman seçki təbliğatı müddəti də 28 gündən 23 günə qədər azaldılması təklifi irəli sürülür. Təkliflər Rəyasət Heyəti üzvləri arasında müzakirə olunaraq pislənildi. Qeyd edildi ki, müxalifət düşərgəsi cəmiyyətin və siyasi partiyaların tələblərinə uyğun olan daha proqressiv dəyişikliklər təklif etdikcə iqtidar düşərgəsinin təmsilçiləri daha da mürtəce qanun layihəsi təklif edirlər. Seçki Məcəlləsinə və Seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı son zamanlar aktiv iş aparan ATƏT başda olmaqla beynəlxalq təşkilatların bu məsələ ətrafında apardığı danışıqlar da təəssüflər olsun ki, öz bəhrəsini verməməkdədir. Bu kimi mürtəce dəyişikliklər qəbul olunmadığı halda hesab edirik ki, təkcə Azərbaycanın mövcud iqtidarı deyil, eyni zamanda beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Ümid Partiyası olaraq bir qrup deputat tərəfindən təqdim edilən təklifləri Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun olmadığını bildirir və təklifin qəbul olunmamasını tələb edirik. Daha sonra iclasda 2010-cu il parlament seçkilərinə hazırlıq məsələləri də müzakirə olundu. Regionlar üzrə partiya namizədlərinin toplantı tarixləri müəyyənləşdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA