"Bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm" - Vaqif Aydınoğlu

img

02-02-2017 [13:02]


ATV-nin Xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu jurnalistlərə müraciət edib.

Mia.az onun müraciətini olduğu kimi təqdim edir:

"Çox hörmətli jurnalist həmkarlarım!

Dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarnıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi, hazırda da ATV-nin İçtimai-siyasi verilişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin Baş redaktoru və "HəftəSonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. 

Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İçtimai siyasi məsələlər və İçtimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız".

Xatırladaq ki, T.İbrahimov dünən sözügedən vəzifəyə təyinat alıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR