Müsavat Partiyasının Divanı mitinq məsələsini müzakirə edib

img

07-06-2010 [05:29]


Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Gündəliyin partiyadaxili məsələ bölümündə iyulun 12-nə təyin edilmiş mitinqə hazırlıq barədə müzakirə aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə hələ cavab vermədiyi qeyd edilib. Mitinqə hazırlıqla bağlı partiya strukturlarına konkret tapşırıq və təlimatlar verilib. Parlament seçkilərinə hazırlığın gedişatı haqqında məlumat dinlənilib və dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi işi davam etdirlib. Parlament seçkilərində əməkdaşlıqla bağlı digər siyasi qüvvələrdən daxil olmuş təkliflər dəyərləndirilərək, onların mümkünlüyü yönündə müzakirələr aparılıb. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakət əsas müzakirə predmeti olub. Fəlakət zonasındakı cari durum haqqında məlumat dinlənilib. Artıq təbiətdən gələn təhlükənin səngidiyi qeyd edilib. Hökumətin daşqının nəticələrinin qısa zamanda aradan qaldırılması əhaliyə dəymiş ziyanın gecikmədən kompensasiya edilməsi və gələcəkdə bu cür fəlakətlərin yaşanmaması üçün elmi cəhətdən əsaslandırılmış ciddi tədbirlər görməsi tələb edilib. Daha sonra Müsavat Partiyası adından Əliyevlərin Dubay mülkləri haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Mərkəzi Seçki Komissiyasına göndərilmiş sorğulara hələ də cavab verilmədiyini nəzərə alaraq, bu strukturlardan sorğuya cavab verilməsi istənilib və paralel olaraq məsələ ilə bağlı hüquqi addımların atılmasına qərar verilib. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin yaxınlaşan doğum və ölüm günlərinin milli-demokratik düşərgədə qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və ilkin təkliflər səsləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA