ATV-nin "Yoxlama" verilişi ilə bağlı iddialara - Cavab

img

27-01-2017 [16:51]


ATV-nin "Yoxlama" verilişindən sonra ölən direktorla bağlı yayılan xəbərə rəsmi reaksiya verilib.

Bununla bağlı ATV belə bir açıqlama yayıb: 

"Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölumü kimi bu ölum hadisəsi də məyusedicidir. 

Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə ve yaxınlarına baş sağlığı verir, səbr diləyirik.    
 Ünvanımıza yönəldilən ittihamı  isə kökündən qərəzli ve absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq. Bəli, 05.01 2017 ci il tarixdə sözü gedən məktəbdə çəkiliş aparmışıq ve 11.01.2017-ci il  tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözu qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da... 

Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. 

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, ne Bakı şəhər Təhsil idarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə acıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun  olmadığını bildirib. Məlum verilişin çəkilişindən ve efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. Ictimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik ve qətiyyən də olmaq istəmirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR