AMiP sədrliyinə iddialılar qurultay nümayəndələri tam formalazandan sonra məlum olacaq

img

05-06-2010 [01:55]


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qurultaya hazırlıqlar bağlı konfranslarını keçirməkdədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən AMİP mətbuat və təbliğat katibi Əli Orucovun sözlərinə görə, indiyə kimi 51 rayon təşkilatında konfranslar keçirilib. Ə.Orucov onu da qeyd edib ki, qurultayqabağı konfranslar bir müddət də davam edəcək. Sədrliyə iddialı olanların hələ də məlum olmamasına gəlincə, AMİP yetkilisi ?Partiyada sədr olmaq üçün iddialı şəxslər var. Sadəcə, heç kim ortaya iddiasını bəribaşdan qoymaq istəmir. Bəziləri qurultay nümayəndələrinin tam formalaşmsını gözləyir. Kimsə də tələsməməyi məqsədəuyğun bilir. Amma məqsədimiz odur ki, qurultayımızı keçirək və sədr məsələsi də həll olunsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA