Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib

img

04-06-2010 [04:02]


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli partiyanın mənzil-qərargahında qəbul edib. YAP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ATƏT-lə YAP arasında əlaqələrin inkişaf perspektivləri, həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə edilib. Tərəflər bu ilin noyabr ayında keçiriləcək parlament seçkiləri, seçkiyə hazırlıq prosesi və seçki komissiyaları mövzusunda da fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA