Eldar ibrahimov: "Münaqizənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir"

img

04-06-2010 [12:44]


?ATƏT-in Minsk qrupu 20 ildir Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına baxmayaraq təəssüf ki, hələ konkret nəticələr əldə olunmayıb. Münaqişənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir?. Bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, ötən müddət ərzində həmsədrlərin işi tərəfləri görüşdürmək, bu yöndə vasitəçilik etmək olub. Münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentinin siyasi iradə nümayiş etdirdiyini deyən komitə sədrinin sözlərinə görə, dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə bəyan edib və Azərbaycan xalqı bu mövqeyi tamamilə dəstəkləyir. O, qeyd edib ki, Ermənistan prezidenti isə siyasi iradə nümayiş etdirə bilmir. Belə ki, münaqişənin həlli ilə bağlı razılaşma mərhələsinə çatanda Ermənistan tərəfi problem yaradaraq vaxtı uzadır. ?Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Vaxtı uzatmaq da olmaz. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Ordumuz güclənib və torpaqlarımızın işğaldan azad olunmasının vaxtı da çatıb. Doğrudur, bu gün Azərbaycanın xarici işlər naziri həmsədrlərlə görüşməlidir. İstərdik ki, bu görüş münaqişənin sülh yolu ilə həlli istiqamətində ciddi nəticə versin. Yəni həmsədrlər Ermənistan tərəfinin mövqeyi barədə məlumat verəcək. Yaxşı olar ki, onlar Ermənistanın konstrukiv mövqe nümayiş etdirdiyini bildirsinlər. Əks halda, alternativ variant müharibə yoludur. Lazım gələrsə, toraqlarımız müharibə yolu ilə azad edilməlidir? deyə E.İbrahimov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA