VHP yeni qərargaha köçdü

img

04-06-2010 [11:56]


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) iyunun 1-dən yeni ofisinə köçüb. Yeni ofis Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşir. Partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli bildirib ki, yeni ofis 6 mərtəbəli binadan ibarətdir. Bina partiyanın öz mülkiyyətidir. Samir Əsədli binanın iki mərtəbəsində VHP-nin, bir mərtəbəsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi qərargahının fəaliyyət göstərəcəyini deyib. VHP 1992-ci ildən 2009-cu il aprel ayının 1-dək Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 9 ünvanında, 2009-cu il aprelin 1-dən 2010-cu il mayın 31-dək Səbail rayonu, Natəvan döngəsi, 1 ünvanında fəaliyyət göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA