Partiya sədri bəzi məmurların istefasını tələb edir

img

04-06-2010 [11:47]


?Artıq 2 aydır davam edən sel fəlakəti təbiətin şıltaqlığından çox bəzi məmurların səriştəsizliyi, məsuliyyətsizliyi ilə bağlıdır. Onlar vaxtında tədbir görsəydilər fəlakətin miqyası bu qədər böyüməzdi?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyir ki, vaxtında ruslar Volqa çayının mənsəbində lili təmizlədiyi kimi. Bizim müvafiq qurumlar da bu işi Kürün mənsəbində həyata keçirsəydilər vəziyyət bu həddə gəlib çatmazdı: ?Qoyunçuluqla məşğul olmaqdansa vaxtında bəndvurma işləri həyata keçirsəydilər Kür ətraf kəndlərə bu dərəcədə yayılmazdı?. T.Abbaslı vəziyyətin bu həddə gəlib çatması ilə əlaqədar bəzi məmurlar istefa verməli idilər: ?Bizi təəcübləndiriən odur ki, uduzan fütbol komandasının baş məşqçiləri dərhal istefaya göndərilir, amma müvafiq qurumların rəhbərləri işlərinin öhdəsindən gələ bilməyəndə istefaya göndərilmirlər. Bu bir tərəfə vaxtilə bu sahədə fəaliyyət göstərən mütəxssislərlə belə məsləhətləmirlər. Halbuki, Türkiyə kimi boyük dövlət, Dəcla çayının qarşısnı almaq və yeni bəndlərin qurulması üçün SSRİ dövründə Su təsərrüfatı naziri işləmiş 75 yaşlı Polad Poladzadəni dəvət etmişdilər?. AİDP sədri deyir ki, uzun illərdir Su və Meliorasiya ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadə bu problemdən yana məsuliyyət daşıyır: ?O cavab verməlidir ki, bu illər ərzində nə işlər görülüb? O deməlidir ki, niyə bəndlər elə ilk dalğadaca yuylub suya qarışdı??. Təsərrüfatlarla yanaşı tarixi abidələrin, qəbristanlıqların da su altında qaldığını deyən AİDP sədri hesab edir ki, hökumət iqtisadi zərəri qarşılasa da insanlara dəyən mənəvi zərəri qarşılamaq mümkün olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA