“Artıq “LİDER”də işləmirəm...” - Lavrova görə işdən çıxarılan Anar danışdı

img

22-01-2017 [23:15]


Rusiyanın Xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılan LİDER TV-nin Rusiya müxbiri Anar Həsənov açıqlama verib. 

Mia.az xəbər verir ki, jurnalist AzadlıqRadiosuna işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib: "Bəli, mən artıq "Lider” telekanalında işləmirəm. Başqa heç bir açıqlama vermək istəmirəm". 

Qeyd edək ki, A. Həsənov bu suala görə işdən çıxarılıb: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”. 

Lavrovun cavabı isə belə olub:  "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR