"Azadlıq" qəzetinin baş redaktor müavini ölkədən getdi - Səbəb

img

22-01-2017 [18:09]


"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Azərbaycanı birdəfəlik tərk edib.

O, ailəsi ilə birlikdə Fransaya, rəhbərlik etdiyi qəzetin baş redaktoru Qənimət Zahidin yanına gedib. R.Hacıyevin yaxın günlərdə Hollandiyaya yollanacağı və orada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.

Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirdi. O, son vaxtlar bir neçə dəfə qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı istintaqda dindirilib(BakiPost.az).

"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA