20-01-2017 [17:27]
"Rəhbərlik bizi təlimatlandırdı ki, Azərbaycan anti-sovetçilərlə qaynayır, azərbaycanlılar SSRİ-dən çıxmaq istəyir".
Bunu keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Vitali Demidkin bildirib.
O qeyd edib ki, Azərbaycana getdikdən sonra həqiqətən xalqın şəhərdə Sovet qoşunlarının olmasından narazı olduğunu görüblər:
"Lakin bu, daha çox insanların faciəvi ölümü ilə əlaqəli idi. Həmin vaxtı İttifaqdan ayrılmaq məsələsi yox idi. Ondan sonrakı il biz Vilnüsdə olanda, artıq İttifaqdan çıxmaq barədə qətiyyətlə danışırdılar".
"Udar" əməliyyatı barədə danışan V. Demidkin deyib ki, əməliyyatın adı sıravi əməkdaşlara məlum deyildi:
"Udar" sözünü ilk dəfə sizdən eşidirəm. Biz öz tapşırığımızı yerinə yetirirdik, həyəcan yaşanan İttifaq respublikalarına gedirdik. O zaman biz təxmin edə bilməzdik ki, hər şey böyük dövlətin dağılması ilə nəticələnəcək".
O, həmçinin 1990-cı ilin yanvarında Bakıya ezamiyyətindən də danışıb:
"Biz, səhv etmirəmsə, yanvarın 20-si Bakıya 60 nəfərlik qrup şəklində gəlmişdik. Gəldiyimiz tarix dəqiq yadımda deyil. Amma Moskvaya geri qayıtdığımız tarix dəqiq yadımdadır - martın 7-si, bu Beynəlxalq Qadınlar günü ərəfəsi idi və mən həyat yoldaşıma Bakıdan çox gözəl qərənfillər gətirmişdim.
Ümumilikdə biz Bakıda 45 gün keçirdik. Bakıya düşən kimi aeroportdan Bilgəhə yollandıq, orada bir neçə gün sanatoriyada qaldıq. Sonra 4-cü Ordunun qərargahına göndərildik, daha sonra isə Azərbaycan DTK binasına yerləşdirildik. Mən daima qərargahda olurdum və hərdən şəhərə patrula çıxırdım. Biz mülki geyimdə olurduq və yerli əhalidən seçilmirdik. Şəhərin küçələrində daima insan izdihamı yaşanırdı, həlak olanların dəfn olunması ilə əlaqədar yürüşlərin şahidi olmuşam".
O, qeyd edib ki, "Alfa"da şərti məxfilik tətbiq olunub - bir qrup əməliyyat həyata keçirəndə, digərləri bu barədə məlumatsız olurlar, hətta, dost həmkarlara belə nəsə danışmaq qadağandır.
Onun fikrincə, Azərbaycan televiziyasının enerji blokunun partladılması "Alfa"nın yerli bölməsinin işi olub: "Əksər əməliyyatlar DTK-nın yerli bölməsi tərəfindən həyata keçirilirdi. Onları da bizim təlimatçılar hazırlayırdılar. Ona görə də həmin şəxslər də özlərini "Alfa" adlandırırdılar. Bakılı həmkarımla danışan zaman onlardan televiziyanın enerji blokunun partladılması barədə eşitmişəm. Bu səbəbdən hesab dirəm ki, bu, məhz onların işidir".
Report
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub