"Azadlıq" bloku meriyadan istədiyi meydanı ala bilmədi, icazəsiz aksiyaya qərar verdi

img

03-06-2010 [02:45]


Bakı Şəhər İcra Hakimiyyəti ?Azadlıq? blokuna daxil olan siyasi partiyaların mitinqlə bağlı müraciətinə cavab verib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovun MİA-ya verdiyi məlumata görə, meriya onlara Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsindəki meydança və ya Zığ yolu küçəsindəki meydançada mitinq keçirməyi məsləhət görüb. Blok isə bununla razılaşmır. H.Kərimov deyib ki, onlar ?Nərimanov? kinoteatrının qarşısında, Cəfər Cabbarlı heykəlinin ətrafında, Hüseyn Cavid, Səməd Vurğun, Sahil bağlarında, Prezident Administrasiyasından 200 metr aralıda yerləşən Azneft meydanında, Nazirlər Kabinetindən 200 metr aralıda olan ?Teleteatr?ın qarşısında və Milli Məclisin yaxınlığında aksiya keçirmək istəyiblər. Yox cavabı aldıqları üçün "Azadlıq" bloku icazəsiz aksiya keçirməyi qərarlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA