"Bu mübarizə əsla unudulmayacaq" - Türkiyənin Azərbaycandakı səfirliyindən bəyanat

img

19-01-2017 [19:03]


Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Mia.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı yaddaşlardan silinməyəcək:

"Azərbaycanlı qardaşlarımızın vücudunu tanklara qarşı sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq. Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA