"Hər bir əsgərimizin qisası tezliklə və artıqlaması ilə alınacaq" - Polkovnikdən xəbərdarlıq

img

18-01-2017 [23:07]


Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq.

Mia.az xəbər verir ki, bu fikri hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev cəbhə xəttində Ermənistan ordusunun itkiləri barədə məlumatları Azərtac-a şərh edərkən bildirib.

Ermənistan mətbuatının qısa müddətdə cəbhə xəttində ermənilərin üç hərbçini itirməsi barədə məlumat yaydığını vurğulayan M.Hadıyev qeyd edib: "Həmişə olduğu kimi, Azərbaycan Ordusu yenə də təxribat törədən düşmənə layiqli cavab verərək onu itkilərə məruz qoyub. Ermənilər anlamalıdırlar ki, bu vəziyyət torpaqlarımızın işğalına son qoyulanadək və təxribatlar törədildiyi müddətdə davam edəcək. Artıq biz bunun şahidiyik və Ordumuza güvənirik. Ermənilər şübhə etməsinlər ki, hər bir əsgərimizin qisası tezliklə və artıqlaması ilə alınacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA